
Çin sosial şəbəkəsi “TikTok”da hipnozla bağlı təhlükəli bir oyun yayılır ki, yeniyetmələrdə psixi pozuntulara səbəb ola bilər.
Tacxeber.com Qaynarinfo-ya istinadən xəbər verir ki, bunu “Kiyev24” kanalında psixoloq Oksana Qluşenko xəbərdarlıq edib.
“TikTok” istifadəçilərinin yaydığı videolarda yeniyetmələrin qəribə bir ritual keçirdiyi görünür: gözləri bağlı uşağa qapılar və dəhlizlər haqqında suallar verilir və oyunçunu trans vəziyyətinə salırlar. Bir çox gənc bu təcrübədən sonra panika və halüsinasiyalar yaşadıqlarını bildiriblər.
“Bu oyunda xəyal gücü və yüngül trans vəziyyəti işə düşür, psixika bunu dözə bilməyə bilər. Panik ataklar, dezoriyentasiya yarana bilər”, deyə psixoloq bildirib.
Yeniyetmələrin psixikasına xüsusi təhlükəli təsir göstərə bilər, çünki bu yaşda psixi pozuntular asanlıqla oyana bilər:
“Qorxular, panik ataklar, dezoriyentasiya və hətta halüsinasiyalar yarana bilər. Trans vəziyyətində qalmaq kimi naməlum nəticələr ola bilər”.
Oyun zamanı fiziki əlaqə də var: uşaq başqasının dizləri üstünə uzanır və skronları masaj edilir ki, bu da transı dərinləşdirir.
