26.7 C
Bakı
18 İyun 2026 20:43
CəmiyyətGündəmHadisə

Azərbaycanda nazirliyin vəzifəli şəxsləri barədə cinayət işi açılıb.

Binəqədi rayon Məhkəməsinin qərarı ilə  həmin şəxslər barəsində ev qətimkan tədbiri seçilib.

 

Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri ilə bağlı ev dustaqlığı qərarı verilib.

Bu barədə aprelin 3-də Baş Prokurorluq məlumat yayıb.

 

Məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət texniki nəzarət şöbəsinin müdir müavini Rəşad Yolçiyev və həmin Nazirliyin 1 saylı Dövlət Aqrar İnkişaf Mərkəzinin Texniki nəzarətin təşkili sektorunun müdiri Arif Həsənov rüşvət almaqda şübhəli sayılırlar.

 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb:

Rəşad Yolçiyev və Arif Həsənova Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.Barələrində… Binəqədi rayon Məhkəməsinin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) qətimkan tədbirləri seçilib”.

 

İttihamlara həmin şəxslərin münasibəti hələlik məlum deyil.

Bu ittihamlara görə həmin şəxslərə 12 ilə qədər həbs cəzası verilə bilər.

Baş prokurluğun məlumatına görə, hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir. (MeydanTV)

 

Tacxeber.com

 

Oxşar xəbərlər

Saleh Məmmədovun dəyəri millyonlarla ölçülən istirahət mərkəzi – Kəlbəcər bu dəfə də “İşğal” altına düşdü

admin

Qalmaqallı “dəmir yumruq“u sökürlər  – Fotolar

redaktor

“İnsanlar “TikTok “həkimlər”indən resept alırlar” – Tanınmış həkimdən SƏRT REAKSİYA

redaktor