İdman

Adnan Əhmədzadədən Messiyə bahalı hədiyyə

Azərbaycanlı iş adamı Adnan Əhmədzadə dünya futbol ulduzu, argentinalı Lionel Messiyə bahalı saat hədiyyə edib.

 

Tacxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə A.Əhmədzadə instaqram hesabındakı paylaşımda məlumat verib.

 

Belə ki, onun Leoya hədiyyə verdiyi saat məşhur “Jacob&Co” şirkətinin “Barselona” klubunun 125 illiyi münasibətilə hazırladığı modellərindən biridir. Şirkət bu münasibətlə cəmi 125 saat buraxıb və onların hər birinin üzərində simvolik rəqəmlər əks olunub.

 

A.Əhmədzadə 10 rəqəmi yazılmış saatı Messiyə hədiyyə edib.

 

İspaniya mətbuatı saatların minimum qiymətinin 150 min dollar olduğunu yazıb. Lakin bu saatların auksionlarda daha böyük məbləğlərə satıla biləcəyi də qeyd olunub.

 

Xatırladaq ki, A.Əhmədzadə Lionel Messi ilə dostluq əlaqələrinə malikdir. Onun “Barselona” rəhbərliyi ilə münasibətləri də yüksək səviyyədədir.

Tacxeber.com

Oxşar xəbərlər

Messi ardıcıl yeddinci oyunda qol vuraraq Dünya Kuboku rekordunu qırdı

redaktor

10 günə yığılan komanda Avropanı fəth etdi

redaktor

Türkiyə millisi DÇ-2026-ya qələbə ilə vida etdi, Fransa Norveçə qarşı

admin