22.5 C
Bakı
29 İyun 2026 04:02
Dünya

Van Dam insan alverində təqsirləndirilir

Rumıniya prokurorluğu (DIICOT) aktyor Jan-Klod Van Dama qarşı insan alveri işi üzrə istintaqa başlayıb.

 

Tacxeber.com xəbər verir ki, 65 yaşlı Van Damın təxminən 10 il əvvəl sonradan insan alveri qurbanlarına çevrilmiş rumın qadınlarla intim əlaqələrdə olduğu iddia olunur.

 

İş materiallarına görə, aktyora Kannda olanda “hədiyyə qismində” bir neçə qadın təqdim olunub.

 

İnsan alveri ilə mübarizə üzrə ixtisaslaşmış prokurorluq əmin edir ki, aktyor həmin qadınların cinsi istismar qurbanı olduqlarını bilə-bilə onları qəbul etməkdən imtina etməyib.

 

Van Damın həmin vaxt 5 qadınla yaxın münasibətlərdə olduğu iddia olunur.

Tacxeber.com

Oxşar xəbərlər

“ABŞ tarixinin ən bahalı hakim seçkisində İ. Maskın dəstəklədiyi namizəd məğlub oldu” – Şahin Cəfərli

admin

“Dünya ağalığı” iddiaları puç olan nasistlər – Qalib dövlətlər Almaniyanın nəyi var, daşıyıblar.

admin

“Tramp Ukrayna üçün güclü və yaxşı sülh razılaşması əldə edə bilər” – Blinken

redaktor