29 C
Bakı
13 Avqust 2026 11:43
Dünya

Van Dam insan alverində təqsirləndirilir

Rumıniya prokurorluğu (DIICOT) aktyor Jan-Klod Van Dama qarşı insan alveri işi üzrə istintaqa başlayıb.

 

Tacxeber.com xəbər verir ki, 65 yaşlı Van Damın təxminən 10 il əvvəl sonradan insan alveri qurbanlarına çevrilmiş rumın qadınlarla intim əlaqələrdə olduğu iddia olunur.

 

İş materiallarına görə, aktyora Kannda olanda “hədiyyə qismində” bir neçə qadın təqdim olunub.

 

İnsan alveri ilə mübarizə üzrə ixtisaslaşmış prokurorluq əmin edir ki, aktyor həmin qadınların cinsi istismar qurbanı olduqlarını bilə-bilə onları qəbul etməkdən imtina etməyib.

 

Van Damın həmin vaxt 5 qadınla yaxın münasibətlərdə olduğu iddia olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Paris-18 mart 1314 cümə günü…

redaktor

Hörmüz boğazı SEPAH-ın nəzarətindən çıxıb – ŞOK İDDİA

redaktor

Trampı Türkiyədə təyyarəsini dəyişməyə vadar edən təhdid üzə çıxdı

redaktor