Siyasət

Kılıçdaroğlu yenidən CHP sədri olmaq istəyir?

Əkrəm İmamoğlunun korrupsiya istintaqında həbsindən sonra ən diqqət çəkən addım CHP-nin (Cümhuriyyət Xalq Partiyası)  növbədənkənar qurultayının keçirilməsi qərarı olub.

 

Tacxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, CHP sədri Özgür Özəl 6 aprel bazar günü növbədənkənar qurultay keçirəcəklərini açıqlayıb.

 

CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlunun yenidən namizəd olub-olmayacağı ilə bağlı maraq yaransa da, qurultaya bir neçə gün qalmış diqqətçəkən bir hadisə baş verib. Belə ki, Kamal Kılıçdaroğlunun CHP başqanlığına namizəd olması üçün nümayəndələrdən imzaların toplandığı öyrənilib.

 

Xatırladaq ki, Kılıçdaroğlu 13 il CHP sədri olub (2010-2023).

Tacxeber.com

Oxşar xəbərlər

CHP sabah yeni sədrini seçəcək.

admin

“Həm deyirlər, çirkli pulları yumusunuz, həm də deyirlər çirkli puldan niyə vergi ödəməmisiniz?” Ülvi Həsənli

admin

Fransa ermənilərin ümidini yerlə bir etdi: gözlənilməz xəyal qırıqlığı

redaktor