25.7 C
Bakı
13 İyun 2026 22:40
DünyaSiyasət

“ABŞ tarixinin ən bahalı hakim seçkisində İ. Maskın dəstəklədiyi namizəd məğlub oldu” – Şahin Cəfərli

İlon Maskın ‘ABŞ və Qərb sivilizasiyasının taleyi bu seçkidə həll olunur” dediyi hakim seçkisini demokratların dəstəklədiyi namizəd qazanıb.

 

Viskonsin Ali Məhkəməsindəki boş hakim yerinə keçirilən seçkidə liberal hakim Suzan Krouford (Susan Crawford) respublikaçıların dəstəklədiyi mühafizəkar Bred Şimel (Brad Schimel) üzərində açıq üstünlüklə qalib gəlib. (ABŞ-ın bəzi ştatlarında hakimləri xalq seçir).

 

Bu seçki ABŞ tarixinin ən bahalı hakim seçkisi olub. Tərəflər təbliğata ümumilikdə 100 milyon dollara yaxın (şəxsən Mask 22 milyon) pul xərcləyib.

 

Viskonsin prezident seçkilərinin nəticələrini müəyyən edən 7-8 mübahisəli ştatdan biridir. Son seçkidə bu mühüm orta qərb ştatında Tramp qalib gəlib. Mühafizəkar hakimin 9% fərqlə məğlubiyyəti ötən seçkidən bəri ölkədə dəyişən əhval-ruhiyyənin və Tramp ilə Maskın siyasətindən duyulan narazılığın ifadəsidir.

Bu nəticə demokratların öz üzərlərindəki “ölü torpağı”nı atmasına kömək edərək Konqresə ara seçkilər (2026) ərəfəsində onlara stimul verə bilər. Senator Kori Bukerin yemək yemədən, su içmədən, tualetə getmədən, ayaqüstə Senatda 25 saat 5 dəqiqə çıxış edərək bu sahədə ölkə siyasi tarixinin rekordunu təzələməsi də demokratları ayağa qaldırmağa xidmət edir.

 

Şahin Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Korotçenko: Qarabağdakı terrorçular həm də Rusiyanın təhlükəsizliyinə təhdidir

redaktor

Molla rejiminin quduz siması: Xocalı soyqırımının anım vaxtı İranda ermənilərin anti-Azərbaycan mitinqi

redaktor

“Şəhid qardaşımın oğlu soruşur ki, əti yalnız Cənnətdə yeyə biləcək?.. Cavab verməkdə çətinlik çəkirəm…”

redaktor