Dünya

ABŞ tarixinin ən bahalı məhkəmə seçkisi: Maskın milyonları və Trampın dəstəyi kömək etmədi

Çərşənbə axşamı ABŞ-nin Viskonsin ştatında ölkə tarixinin ən bahalı Ali Məhkəmə seçkiləri keçirilib. Seçki kampaniyasına xərclər rekord həddə – 99 milyon dollara yaxınlaşıb. Bu gərgin yarışda demokratların dəstəklədiyi hakim Syuzan Krouford qələbə qazanıb.

 

Tacxeber.com bu barədə “Guardian”a istinadən məlumat verir.

 

Onun rəqibi Prezident Donald Tramp və milyarder İlon Maskın dəstəyini qazanmış Bred Şimel idi. Belə səs-küylü dəstəklərə baxmayaraq, Şimel məğlub oldu. Mask onun seçki kampaniyasına 21 milyon dollardan çox vəsait ayırmış, Tramp isə onu mühafizəkar dəyərlərin müdafiəçisi adlandırmışdı.

 

Kroufordun qələbəsi Viskonsin Ali Məhkəməsində 4:3 üstünlüyü ilə liberal çoxluğun qorunmasına imkan verib. Bu, məhkəmənin bu tərəddüd edən ştatda abort hüquqları, seçki dairələrinin yenidən bölüşdürülməsi və səsvermə qanunları kimi əsas məsələlərə təsirini təmin edir.

 

Syuzan Krouford əhəmiyyətli dəstəyi mütərəqqi qruplar və abort hüquqlarının müdafiəçilərindən alıb.(oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

“İlan yağı”nın sehri, əcdadların sirli resepti, yalançı loğman… Dərman adı ilə insanları aldadıb sərvət qazanan amerikalının hekayəti

admin

Bakı İrəvanı küncə sıxışdırıb, müttəfiqlərdən məhrum edib: Türk İttifaqı Fransanı da bloklayır

redaktor

100 gün ərzində ağla belə gəlməyən işlər görmüşəm – Tramp

redaktor