Şou

Özünü erməni sayan müğənni Bakıda konsert verəcək

Rusiyalı pop müğənnisi, teleaparıcı və aktyor Aleksey Çumakovun Bakıda konserti keçiriləcək.

Tacxeber.com xəbər verir ki, ifaçı müsahibələrinin birində özünü daha çox erməni saydığını etiraf edib. Belə ki, onun atası bolqar olsa da, anası ermənidir.

Müğənni ana tərəfdən nənə və babasının Qarabağ ermənisi olduğunu xatırladıb, Səmərqənddə doğulmasına baxmayaraq öz tarixi köklərinə bağlı olduğunu qeyd edib.

Aleksey Çumakovun Bakı konserti aprelin 20-nə planlaşdırılıb.

Qeyd edək ki, Çumakovun 2020-ci ildə də Bakıda konserti keçirilmişdi. (Oxu.az)

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyədə məşhurlara qarşı gecə əməliyyatı: Özcan Deniz və Deniz Çakır saxlanılıb

admin

Yamalın atası yenə insident törədib

admin

Alla Puqaçova: şöhrətdən daha qiymətli bir şey var — ləyaqət

redaktor