18 C
Bakı
11 Oktyabr 2026 00:33
DünyaKriminal

İnterpol prezident Milorad Dodik barəsində beynəlxalq həbs qərarı verib.

İnterpolun Sarayevo ofisi Bosniya və Herseqovinanın Serb Respublikası prezidenti Milorad Dodik barəsində beynəlxalq həbs qərarı verib.

 

Reuters agentliyinin məlumatına görə, Dodik ölkənin konstitusiya quruluşuna qəsd etməkdə ittiham olunur.

O, sorğu-sual üçün çağırışa və daxili orderə məhəl qoymadan bu həftənin əvvəlində Bosniyadan ayrılıb, Serbiya sərhədini keçib və konfransda iştirak etdiyi İsrailə yollanıb.

Fevral ayında Sarayevo məhkəməsi onun haqqında qiyabi bir il həbs qərarı çıxarıb və altı il siyasi fəaliyyətə qadağa qoyub.

 

Dodik Konstitusiya Məhkəməsinin qərarlarına və beynəlxalq ictimaiyyətin yüksək nümayəndəsi, Bosniyanın xarici idarəçisi kimi fəaliyyət göstərən Kristian Şmidtin göstərişlərinə məhəl qoymamaqda təqsirli bilinib.

Dodikə qarşı cinayət işi 2023-cü ildə, o, Konstitusiya Məhkəməsinin və Ali Nümayəndəliyin Srpska Respublikası ərazisində icrası mümkün olmayan qərarları haqqında qanunu imzaladıqdan sonra başlayıb.

 

Daha sonra o, Bosniyanın federal polis və məhkəmə orqanlarının respublikaya girişini qadağan edən əlavə qanunların qəbulunu dəstəkləyib. Bu qanunlar Konstitusiya Məhkəməsi tərəfindən ləğv edilib.

Hökm çıxarıldıqdan sonra Dodik təqsirini boynuna almaqdan imtina edib.

 

Ona qarşı açılan iş Bosniya və Herseqovinada 1990-cı illərdəki müharibədən bəri ən pis siyasi böhrana səbəb olub.

Maraqlı cəhət budur ki,Dodik Bosniya və Herseqovinanın bütövlüyünü sarsıtmağa yönəlmiş hərəkətlərə görə ABŞ sanksiyaları altında olanda İlham Əliyev onunla görüşməkdən çəkinmirdi.

Dodik Moskva ilə çox yaxın münasibətləri olan biri kimi tanınıb. (Azadlıq Qəzeti)

 

 

Oxşar xəbərlər

Qafqazın yazılmayan qanunu: Sülhə aparan Qadın

redaktor

Rusiya dizelinə qarşı ABŞ sanksiyalarının müvəqqəti götürülməsi haqda

redaktor

İki ildən sonra ilk səfər: Kadırovun Bakıya gəlişinin siyasi mesajları

redaktor