21 C
Bakı
09 Oktyabr 2026 14:31
Dünya

Eritreyada saxlanılan soydaşlarımız azadlığa buraxıldılar

Ötən ilin 7 noyabr tarixindən etibarən Eritreya tərəfindən saxlanılan “Caspian Marine Services B.V.” şirkətinin ölkəmizdəki filialı tərəfindən istismar olunan “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmilərinin heyətindəki 18 nəfər Azərbaycan vətəndaşları dövlət başçısının tapşırıqlarına uyğun olaraq, Xarici İşlər Nazirliyinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, habelə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin birgə əlaqələndirmə işləri nəticəsində aparılmış uzunmüddətli danışıqlardan sonra azadlığa buraxılaraq, ölkəmizə geri gətiriliblər.

 

Tacxeber.comxəbər verir ki, bu barədə XİN məlumat yayıb.

 

Gəmi heyəti Eritreyada olan müddət ərzində ölkəmizin Efiopiyadakı səfirliyi vasitəsilə heyətə konsulluq dəstəyi göstərilib, onların müvafiq qaydada ehtiyaclarının qarşılanması məqsədilə aidiyyəti üzrə tədbirlər həyata keçirilib.

Tacxeber.com

Oxşar xəbərlər

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor