23.7 C
Bakı
29 İyun 2026 01:19
DünyaİdmanŞou

Toy nə vaxtdır?

Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriges evlənməmələrinin səbəbləri barədə danışıb.

 

O,  “Mən – Corcina” adlı realiti-şouda bildirib: “Mənim dostlarım həmişə toy barədə zarafat edirək soruşurlar: “Toy nə vaxt olacaq?” Jennifer Lopezin “Üzük” adlı mahnısı çıxandan bəri mənə bunu oxuyurlar (həmin mahnının nəqəratında belə bir ifadə var: “Bəs üzük nə vaxt taxılacaq?” ). Amma hər şey məndən asılı deyil”.

 

Ronaldo isə bu məsələ ilə bağlı belə bir açıqlama verib: “Mən ona həmişə deyirəm ki, evlənərik. O, nə demək istədiyimi yaxşı bilir. Bu, bir ildən sonra da ola bilər, yarım ildən sonra da, hətta bir aydan sonra da. Amma mən 100 faiz əminəm ki, bu baş verəcək”.

 

Xatırladaq ki, portuqaliyalı futbolçu ilə Corcina 2016-cı ildən birgə münasibətdədirlər. (Qol.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyanın Ukraynadakı DÖYÜŞ İTKİLƏRİ – FOTO

admin

İngiltərənin demoqrafik dilemması: Yaşlanan əhali, artan miqrasiya

redaktor

“Türkiyədə güclü meşə yanğınları olanda Diyanət İşləri dedi ki, yanğınların sönməsi üçün topluca dua etmək əmri vermişik”.

admin