23.7 C
Bakı
29 İyun 2026 00:40
Cəmiyyət

Sübhan Həsənli barəsində axtarış elan edildi – ŞOK DETALLAR

Sosial Hüquqlar Mərkəzinin rəhbəri Sübhan Həsənli barəsində axtarış elan edilib.

 

APA-nın əldə etdiyi məlumata görə, Sübhan Həsənli Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 192.2.2, 213.1, 308.2 və digər maddələri ilə cinayət işi üzrə cəlb olunub.

 

Məlumata görə, Sübhan Həsənli 2020-2021-ci illərdə ABŞ-ın “FH1360” humanitar təşkilatı, Müharibə və Sülh Hesabatı İnstitutu ilə müqavilələr bağlayıb.

 

O, aldığı qrantları “xidmət müqaviləsi” ilə ölkəyə gətirib və leqallaşdırıb.

 

Guya bu beynəlxalq təşkilatlara xidmət göstərib və bunun əvəzində “xidmət haqqı” alıb. Əslində isə qrantlar bu adla rəsmiləşdirib, daha sonra isə həmin vəsaitlərlə maliyyə əməliyyatları aparıb, leqallaşdırıb.

 

Sübhan Həsənli Cinayət Məcəlləsinin 193-1.2.3 (öz qulluq mövqeyindən istifadə etməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

 

Lakin istintaqdan qaçıb gizlənib. Onun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Barəsində axtarış elan edilib.

 

Qeyd edək ki, Sosial Hüquqlar Mərkəzi dövlət qeydiyyatından keçməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Məktəb direktorunun səs yazısı yayıldı: “Hamı bir nəfər kimi 50 manat gətirsin” – YENİLƏNİB + AUDİO

admin

Burada Van Qoqun rəsminə baxıb rahatlıq tapan yox, kommunal borca baxıb stressə düşən insanlar yaşayır.

redaktor

Bu evlər ucuzlaşacaq.

admin