İdman

Dünyanın ən varlı futbolçuları – Ronaldu və Messidən ÇOX QAZANIRLAR

“Game Set&Match” portalı planetin ən zəngin futbolçularının siyahısını dərc edib.

 

Reytinqin lideri Tailandın “Ratçaburi” klubunun yarımmüdafiəçisi Faiq Bolkiahdır. Lakin Faiq var-dövlətini futbol meydançasında qazanmayıb. Məsələ burasındadır ki, o, Bruneyin hakim Bolkiah sülaləsinin üzvüdür. Atası Bruney şahzadəsi Cefri Bolkiahdır. Əmisi isə Bruneyin sultanı Hassanal Bolkiahdır. Ailəsinin sərvəti 20 milyard dollardır.

 

“Ən-Nəsr”in ulduzu Kriştianu Ronaldu və “İnter Mayami”nin forvardı Lionel Messinin sərvəti 1 milyard dollara yaxınlaşır. Devid Bekhem də onlara yetişir.

 

Maraqlıdır ki, Avropanın top-klubunun yalnız bir nümayəndəsi ən zəngin 10 futbolçu sırasına daxil olub. Bu, “Real Madrid”in hücumçusu Kilian Mbappedir.

Oxşar xəbərlər

İsveçli futbolçu Azərbaycana məğlubiyyəti “biabırçılıq“ adlandırdı

redaktor

Amerikalı futbolçunun oyun zamanı ürəyi dayandı – VİDEO

redaktor

“Qarabağ” “Linkoln”a son dəqiqə qolu ilə qalib gəldi

admin