Cəmiyyət

“Banu“nun Günelindən ölüm xəbərinə REAKSİYA

Sosial şəbəkələrdə bir zamanlar “Space TV”də yayımlanan “Banu” verilişinin aparıcısı Günel Həsənzadənin ölüm xəbəri yayılıb.

 

Tacxeber.com xəbər verir ki, “manset.az” saytı hazırda Türkiyədə yaşayan Günel Həsənzadə ilə əlaqə saxlayıb.

 

“Narahat olmayın, hər şey yaxşıdır. Yayılan xəbər yalandır. Elə bir şey yoxdur. Ölən insanla yəqin mənim ad soyadım eynidir. Ölən hər kimdirsə, Allah rəhmət eləsin. Narahat olanlara da demək istəyirəm ki, Allah razı olsun məni unutmamısınız, axtarırsınız, narahatsınız. Allaha əmanət olun”, – Günel bildirib.

 

Qeyd edək ki, Günel Həsənzadə ailə həyatı ilə əlaqədar 2023-cü ildən Türkiyəyə köçüb.

Tacxeber.com

Oxşar xəbərlər

Qəzada əsas amil: yüksək sürət, yoxsa dönmə manevri?

redaktor

Nazir universitetlərdə təhsil haqlarının artırılmasını istəyir?

admin

Azərbaycanda saytların bloklanması asanlaşdırılır: “Bu, mediada özünüsenzuranı artıra bilər”

admin