12 C
Bakı
29 Mart 2026 00:06
Dünya

Çindən gözlənilməz ADDIM – Ukrayna ilə mühüm SAZİŞ İMZALANDI

Çin və Ukrayna kənd təsərrüfatı məhsullarının ixracına dair saziş imzalayıblar.

Tacxeber.comxəbər verir ki, bu barədə “Sinxua” xəbər agentliyi məlumat yayıb.

Belə ki, Pekin və Kiyev Ukraynanın kənd təsərrüfatı məhsullarının və yabanı su məhsullarının Çinə ixracına dair müqavilə imzalayıblar.

Sənədlər martın 6-da Kiyevdə Çinin Ukraynadakı səfiri Ma Şenqkun və Ukraynanın aqrar siyasət naziri İqor Kovalın iştirakı ilə imzalanıb.

“Çin və Ukrayna arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq bir-birini tamamlayır və böyük potensiala malikdir”, – Ma Şenqkun qeyd edib.

Xatırladaq ki, daha əvvəl Çin Ukrayna münaqişəsi ilə bağlı Rusiya-ABŞ dialoquna da açıq şəkildə qarşı çıxıb. Çinin Avropa məsələləri üzrə xüsusi nümayəndəsi Lu Şaye bildirib ki, Çin Ukrayna və Aİ-nin iştirakı olmadan ABŞ-Rusiya danışıqlarının əleyhinədir. Ukrayna üçün sülh sazişi yalnız ABŞ və Rusiya arasında müəyyən edilməməlidir.

Tacxeber.com

Oxşar xəbərlər

Uşaq yuxulu halda əlində planşet varmış kimi davranaraq ağladı – VİDEO

redaktor

Ukraynanın gələcəyi yoxdur, bizim isə var… – Putin

redaktor

Tramp Prezident İlham Əliyevin çıxışını paylaşdı

redaktor