22.5 C
Bakı
29 İyun 2026 05:43
DünyaSiyasət

Tramp Prezident İlham Əliyevin çıxışını paylaşdı

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdən bir hissəni “Truth Social” platformasındakı hesabında paylaşıb.

Paylaşımda Prezident İlham Əliyevin Tramp haqqında söylədiyi müsbət fikirlərə yer verilib.

Forum zamanı çıxış edən Azərbaycan Prezidenti qeyd edib:

“Mən Trampın seçkidə qalib gələcəyini proqnozlaşdırmamışdım. Sadəcə olaraq bildirmişdim ki, onun bizim kimi ailə və digər fundamental dəyərləri bölüşməsi nəzərə alınarsa, bu, Azərbaycan xalqı üçün daha əlverişli olardı. Tramp müharibələrə başlamayan yeganə ABŞ Prezidentidir. Eyni zamanda, qısa müddətlik prezidentliyi dövründə bir sıra müharibələrə son qoyduğu da aydın şəkildə görünür. Biz onun, Cənubi Qafqazda – Azərbaycan və Ermənistan arasında sülhə nail olunması istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndiririk. Beynəlxalq təhlükəsizliklə bağlı daha geniş məsələlərlə məşğul olmasına baxmayaraq, bölgəmizə də diqqət ayırıb. Əlbəttə, onun növbəti dəfə qələbə qazanması Azərbaycan üçün bir çox səbəblərdən sevindirici olardı. Təbii olaraq, arzulayırıq ki, Tramp başladığı işi sona çatdırsın və “Vaşinqton bataqlığını” tamamilə qurutsun”.

 

Tacxeber.com

Oxşar xəbərlər

BMT “Quran”ın yandırılması faktlarına görə İsveçi tənqid etmədi

redaktor

Ukrayna Aralıq dənizində Rusiyanın “kölgə donanmasına” məxsus tankeri vurub

redaktor

Trampın USAID planına görə 14 milyon insan həyatını itirəcək?

redaktor