18 C
Bakı
23 Oktyabr 2026 03:29
Hadisə

Bakıda müəllim 10-cu sinif şagirdlərini döydü

Paytaxtın Xətai rayonunda yerləşən 254 nömrəli Tam Orta Məktəbdə müəllimin şagirdlərinə qarşı fiziki şiddət göstərdiyi iddia olunur.

 

Bildirilib ki, həmin məktəbdə fiziki tərbiyə fənnini tədris edən müəllim Səməndər Allahverdiyev şagirdləri döyərək təhqir edib:

 “Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq məktəb uşaqlarını təhqir edir, alçaldır və uşaqları vurur. Görüntülərdəki şagirdlər həmin məktəbin 10d sinif şagirdləridir”, – deyə şikayətçi qeyd edib.

 

Məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) müraciət ünvanlanıb.

 

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən BAKU.WS-ə verilən məlumata görə, araşdırma nəticəsində məktəbin fiziki tərbiyə müəlliminə təhsilverənlərin etik davranış qaydalarına əməl etmədiyi üçün sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.

Tacxeber.com

Oxşar xəbərlər

Qara dənizdə iki gəmiyə dron hücumu nəticəsində səkkiz Azərbaycan vətəndaşı yaralanıb

redaktor

“28 May” yaxınlığında insident: yüzlərlə saxlanılan olduğu bildirilir

redaktor

Ağ Evdə “süni intellekt” zirvəsi və… tarixi səhv!

admin