22.5 C
Bakı
29 İyun 2026 04:45
DünyaGündəm

Zelenski: İstefa verməyə hazıram, amma…

Ukraynanın NATO-ya qəbul olunacağı və müharibənin bitəcəyi təqdirdə istefa verməyə hazıram.

 

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski britaniyalı jurnalistlərə müsahibəsində deyib.

 

O bildirib ki, yalnız bu halda öz missiyasını başa çatmış hesab edəcək.

 

Zelenski əlavə edib ki, əks halda dövlət başçısının dəyişdirilməsi mürəkkəb proses olacaq.

 

“Vəzifəmi tərk etməyə gəlincə, məni əvəzləmək asan olmayacaq. Yəni seçki keçirməklə kifayətlənmək olmaz, gərək məni kənarda saxlaya biləsən. Bu, bir az mürəkkəb prosesdir. Bunun üçün mənimlə danışıq aparmaq lazımdır. Mən isə dedim ki, əgər Ukrayna NATO-ya üzv olarsa, müharibə bitərsə… Deməli, mən öz missiyamı başa çatmış hesab edirəm”, – Zelenski qeyd edib.

 

O, Ukraynanın qərarına təsir göstərməyə cəhd edə biləcək beynəlxalq tərəfdaşların təzyiqindən də danışıb.

 

Prezident bu cür yanaşmaları tənqid edib, onların demokratik prinsiplərə zidd olduğunu bildirib.

 

“Bu, açığı, qeyri-konstruktiv və qeyri-demokratik görünür”, – Zelenski vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib

redaktor

“Ukraynaya dəstək bizim mənəvi borcumuzdur” – Meloni

redaktor

Putin işğal olunmuş əraziləri qaytarmalı olacaq

admin