18 C
Bakı
08 Oktyabr 2026 02:58
DünyaMuharibəSiyasət

YPG Öcalanın “silahları buraxın” çağırışını RƏDD ETDİ

PKK terror təşkilatının Türkiyədə həbsdə olan lideri Abdullah Öcalanın kürd yaraqlılarına silahları yerə qoymaqla bağlı çağırışının əks-sədaları davam edir.

 

Tacxeber.com xəbər verir ki, Suriyanın şimalına nəzarət edən YPG terror təşkilatından Öcalanın çağırışına ilk reaksiya gəlib.

 

Əsasən YPG-dən ibarət olan və Suriyanın şimalında geniş əraziyə nəzarət edən Suriya Demokratik Güclərinin (SDG) lideri Mazlum Abdi PKK lideri Abdullah Öcalanın dünənki çağırışını dəyərləndirib.

Abdi bildirib ki, Öcalanın silahı buraxma çağırışına SDG daxil deyil.

 

Bu təşkilata yaxınlığı ilə tanınan “Yeni Yaşam” qəzetində dərc olunan xəbərdə Mazlum Abdinin Öcalanın çağırışının “yalnız PKK-ya yönəldiyini” ifadə etdiyi yazılıb. (Modern.az)

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor