24 C
Bakı
18 Avqust 2026 02:25
Cəmiyyət

Qarda ac qalan canavarlar kəndə endi – ANBAAN GÖRÜNTÜLƏR

Qarda ac qalan canavarlar kəndə endi - ANBAAN GÖRÜNTÜLƏR

Türkiyədə Düzcenin Akçakoca rayonunda sərt qış şəraiti səbəbindən təbiətdə qida tapmaqda çətinlik çəkən canavarlar kəndə enib. Həmin anlar müşahidə kameralarına əks olunub.

 

Tacxeber.com xəbər verir ki, Akçakocada qarın hündürlüyü bəzi yerlərdə 1 metrə çatdığı üçün vəhşi heyvanlar qida axtarışında yaşayış məntəqələrinə yaxınlaşmağa başlayıb. Kurugöl kəndində isə qar örtüyü 1,5 metrə qədər yüksəlib. Yemək tapmaqda çətinlik çəkən yırtıcı heyvanlar kənd ətrafında görünməyə başlayıb.

 

Bölgədə yaşayan Dursun Karanın evinin təhlükəsizlik kameralarına düşən görüntülərdə iki canavarın evin ətrafında və qarın altında qida axtardığı açıq şəkildə görünür. Dursun Kara həmin görüntüləri sosial şəbəkələrdə paylaşaraq vəziyyət barədə Təbiətin Mühafizəsi və Milli Parklar Şöbə Müdirliyinə məlumat verib.

Tacxeber.com

Oxşar xəbərlər

Ülvi Həsənli həbsxanada tibbi yardımdan məhrum edilib

admin

Şah İsmayıl Xətai Allahsız idimi?

redaktor

Müasir dünyada inkişafı şərtləndirən birinci amil təhsildir

redaktor