29 C
Bakı
18 Avqust 2026 16:52
Cəmiyyət

Azərbaycanda məzarlığa yemək sifarişi: 12 qəbirdən sonra oturmuşuq – VİDEO

Azərbaycanda kuryer işləyən şəxsin başına iş gəlib.

Tacxeber.comxəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

 

Kuryer qarlı havada axşam saatlarında sifarş edilən məhsulu tətbiqdə göstərilən ünvana apardıqda gözlənilməz vəziyyətlə qarşılaşıb.

 

O, ünvan olaraq qəbiristanlığın qeyd edildiyini gördükdə sifariş edən şəxsə zəng edərək harada olduğunu sual edib.

 

Dəstəyi götürən müştəri isə yeməyi qəbiristanlığın içərisinə gətiriməsini istəyib.

 

“12 qəbir say, 12-ci qəbirdən sonra burada oturmuşuq”, – deyə qarşı tərəf söyləyib.

 

Kuryerin “bu necə sifariş verməkdir?” sualına qarşı tərəf “camaatın həyətinə girəndə bina, blok saymırsan, o nə deməkdir?” cavabını verib.

Həmin görüntüləri təqdim edirik:

Oxşar xəbərlər

Ailəsi Ələsgər Məmmədlinin həbsdə qida zəhərlənməsi keçirdiyini bildirir

admin

Ülvi Həsənli həbsxanada tibbi yardımdan məhrum edilib

admin

Şah İsmayıl Xətai Allahsız idimi?

redaktor