CəmiyyətGündəmHadisə

Generalın oğlunun nəşi Bakıya gətirilir – Təffərüatı

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini general-mayor Orxan Qasımovun oğlu Ayxan Qasımovun ölümünün təfərrüatları məlum olub.

 

Tacxeber.com Teleqraf-a istinadən məlumat verir ki, mərhumun səhhətində anadangəlmə ciddi problemlər olub.

A.Qasımov ciyərlərində olan xəstəlikdən əziyyət çəkirmiş.

 

Onun xəstəliyinin Azərbaycanda müalicəsi çətin olduğuna görə, A.Qasımov əsasən xarici ölkələrdə müalicə alıb.

Ailəsi İtaliyanın Milan şəhərində xəstəliyi müalicə edəcək həkim tapıb. O, son illərdə həmin şəhərdə yaşayıb və orada müalicə alıb. A.Qasımov Milanda 21 yaşında dünyasını dəyişib. Ölüm səbəbi kimi ciyərlərinin partlaması göstərilib.

 

Mərhumun cənazəsi sabah Azərbaycana gətiriləcək və fevralın 28-də Bakının “Qurd qapısı” qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, A.Qasımov Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin keçmiş rəisi Arif Qaraşovun nəvəsidir.

 

Oxşar xəbərlər

Dubayda “Bizim Tarla”dan qurd çıxdı – “Azərsun”dan -AÇIQLAMA

redaktor

Banklara etibar edilmir: Ruslar hesablarından rekord miqdarda pul axını ilə qarşılaşıblar

redaktor

Ailəsi Ələsgər Məmmədlinin həbsdə qida zəhərlənməsi keçirdiyini bildirir

admin