19 C
Bakı
08 Oktyabr 2026 04:21
Dünya

Paşinyanın arvadı erməni diplomatları təhqir etdi – Ermənistan XİN susdu

Ermənistan Xarici İşlər Nazirliyi Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın ermənistanlı diplomatlara ünvanladığı təhqiramiz ifadələri şərh etməkdən imtina edib.

 

Tacxeber.com bu barədə “Sputnik Armenia”ya istinadən xəbər verir.

 

Ermənistan XİN-dən verilən açıqlamada qeyd olunub ki, istənilən sorğuya yalnız qaldırılan mövzunu və sitatları təsdiqləyən ilkin mənbə olduqda cavab verilə bilər.

 

Xatırladaq ki, fevralın 11-də A.Akopyan sosial şəbəkələrdə erməni diplomatları özlərinə əmin olmayan və nə edəcəklərini bilməyən kompleksli insanlar kimi təsvir edib.

 

Qeyd edək ki, bu, A.Akopyanın ilk qalmaqallı bəyanatı deyil. O, 44 günlük müharibə (İkinci Qarabağ müharibəsi) zamanı Ermənistan ordusunda 11 min hərbçinin fərarilik etdiyini açıqlamışdı. Sözügedən açıqlama Ermənistanda geniş rezonansa səbəb olmuşdu.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor