Siyasət

İş adamları Rusiyada sıxışdırılır? – Rəhimovdan açıqlama

“Rusiya Prezidenti Vladimir Putinin ölkəmizə qarşı cavab tədbiri olaraq azərbaycanlılara məxsus bazarların bağlanması barədə xəbərlər həqiqəti əks etdirmir”​.

 

Tacxeber.comxəbər verir ki, bu barədə azərbaycanlı iş adamı İlham Rəhimov Musavat.com-a açıqlamasında bildirib.

 

İ.Rəhimovun sözlərinə görə, yayılan məlumatlar tamamilə əsassızdır və reallıqla uzlaşmır.

 

“Bu barədə yayılan xəbərlər, o cümlədən Qod Nisanova, mənə məxsus olan logistika və Ticarət Mərkəzlərində hər hansı yoxlamaların aparılması, yaxud qisas tədbirlərinin həyata keçirilməsi kökündən yanlış məlumatlardır. Bunu ya bilməyərəkdən, ya da bilərəkdən yayırlar”, – deyə iş adamı əlavə edib.

 

Qeyd edək ki, son günlərdə bəzi media orqanlarında, o cümlədən də Rusiyanın saytlarında Moskvanın Azərbaycanla münasibətlərdə gərginliyi artırdığı və bu çərçivədə azərbaycanlı iş adamlarına məxsus logistika və Ticarət Mərkəzlərinin fəaliyyətinə maneələr yaratdığı ilə bağlı məlumatlar yayılıb.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail mediası: “Azərbaycan İsrail və Türkiyə arasında gərginliyi azaltmaq üçün vasitəçilik edir”

admin

Bizdən nəyi gizlədirlər…?

redaktor

Tramp Müctəba Xameneinin yaralandığını elan etdi və müharibəyə tez bir zamanda son qoyacağına söz verdi

redaktor