21 C
Bakı
09 Oktyabr 2026 11:53
Hadisə

Bakıda gənc ailə ölmüş vəziyyətdə TAPILDI – TƏFƏRRÜAT

İki həftə sonra ana olacaq qadın, bətnindəki övladı və həyat yoldaşı dəm qazından boğularaq ölüblər.

 

Tacxeber.com Xəzər TV-yə istinadən məlumat verir ki, faciəli hadisə paytaxtın Suraxanı rayonu, Bülbülə qəsəbəsində baş verib.

 

Belə ki, Şərq küçəsində fərdi evdə yaşayan Arif Qurbanov və həyat yoldaşı Aytən Qurbanova yaxınları tərəfindən evdə ölü tapılıblar.

 

Ailə üzvləri bildiriblər ki, cütlük bir neçə il əvvəl ailə həyatı qursa da, övladları yox idi. Amma 8 ay əvvəl Aytən Qurbanovanın ana olacağı ilə bağlı verdiyi xəbər onları çox sevindirib.

 

Hadisə yerinə təcili yardım briqadası gəlsə də, onların öldükləri müəyyən edilib.

 

Yaxınları deyir ki, Arif Qurbanov 44 günlük Vətən müharibəsində könüllü iştirak edib. O, ”Qubadlının azad olunmasına” görə və ”Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub.

 

Hadisə ilə bağlı Suraxanı Rayon Prokurorluğunda araşdırma aparılır.

Ətraflı süjetdə:

Tacxeber.com

Oxşar xəbərlər

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

İrkutskda nə baş verir? – Taun yayılır?

admin

Fransadakı bir muzeydən Dalinin “Apokalipsis” əsərinin 150 kiloqramlıq nüsxəsi oğurlanıb

redaktor