CəmiyyətDünyaGündəmQalmaqalSiyasətTexnologiya

“Google” xəritələrində Meksika körfəzinin adı dəyişdirildi

“Google” şirkəti Meksika körfəzinin rəsmi olaraq Amerika körfəzi adlandırılmasına başlayıb.

 

Bu barədə şirkətin açıqlamasında bildirilib.

 

ABŞ-də “Google Maps” xəritə xidmətində artıq yeni ad göstərilir.

Məlumatda qeyd olunub ki, ABŞ-də “Google Maps” xidmətindən istifadə edənlər Amerika körfəzi, Meksikada olanlar Meksika körfəzi, digərləri isə hər iki adı görəcəklər, onlardan biri mötərizədə yazılacaq.

 

Daha əvvəl ABŞ Prezidenti Donald Tramp Meksika körfəzinin Amerika körfəzi adlandırılması prosesinə başlanılması barədə fərman imzalayıb. Ağ Ev rəhbəri bunu sözügedən körfəzin “dünyanın ən böyük körfəzi” olması və “Amerika iqtisadiyyatı üçün əhəmiyyətini qoruyub saxlaması” ilə əsaslandırıb. (Sfera)

 

Tacxeber.com

Oxşar xəbərlər

Tramp Obamanı çevrilişə cəhddə günahlandırdı və həbsini tələb etdi

redaktor

Dağıstanın keçmiş baş naziri Müdafiə Nazirliyindən 108 milyon oğurlayıb

redaktor

Vaşinqton görüşündə “üçkünc masa” mesajı: ABŞ demək istəyir ki… – AÇIQLAMA

admin