19 C
Bakı
08 Oktyabr 2026 06:21
Dünya

Rusiya daha bu silahdan istifadə edə bilməyəcək – Zelenski

Baltikyanı ölkələrin Rusiya enerji şəbəkəsindən ayrılması Avropa üçün mühüm hadisədir.

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“Ukraynanın dostları olan Baltikyanı ölkələr Rusiyanın enerji şəbəkəsindən ayrılıb. Onların enerji sistemləri artıq Avropa kontinental sistemi ilə tam sinxronlaşdırılır. Ukrayna 2022-ci ildə bunu etdi və indi Baltikyanı ölkələr də asılılıqdan qurtuldu.

Moskva enerjidən Baltikyanı ölkələrə qarşı silah kimi istifadə edə bilməyəcək. Həm də bu o deməkdir ki, Avropa daha da bütövləşib”, – Zelenski bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor