22.6 C
Bakı
29 İyun 2026 08:38
Dünya

SEPAH Xameneidən o fətvanın ləğvini istədi

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) komandanlığı Ali Rəhbəri Seyid Əli Xameneidən nüvə silahından istifadəni qadağan edən fətvanı geri götürməsini tələb edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Telegraph” nəşri mənbələrə istinadən yazıb.

 

Qeyd olunub ki, buna səbəb kimi, Tehranda həssaslığın artmasına səbəb olan ABŞ prezidenti Donald Trampın seçilməsi göstərilir:

 

“Bu, çox gec olmadan İranın nüvə silahını əldə etməsi üçün son şansdır”, – mənbə yazıb.

 

Xatırladaq ki, Seyid Əli Xamenei 2005-ci ildə nüvə və kütləvi qırğın silahlarının günahsız insanlara qarşı istifadəsini qadağan edən fətva verib. 2024-cü ilin noyabrında İranın Beynəlxalq Münasibətlər üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi bəyan etmişdi ki, Tehranı nüvə silahı hazırlamağa başlamasından ayıran yeganə vasitə fətvadır.

 

Bundan əvvəl İran Prezidenti Məsud Pezeşkian ölkəsinin nüvə silahı yaratmağa can atmadığını, ölkənin doktrinasında belə silahlardan istifadənin nəzərdə tutulmadığını bildirmişdi.(Report)

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin növbəti S-400 ZRK-sı alması ilə bağlı xəbərlərə ABŞ-ın təmkinli reaksiyasının səbəbi nədir?

admin

Çeçenistana PUA-larla zərbə endirdilər – yanacaq məntəqəsi, polis binası dağıdıldı

admin

İran ABŞ nümayəndələri arasında danışıqların növbəti raundu başlayır

redaktor