19 C
Bakı
08 Oktyabr 2026 05:39
Cəmiyyət

Çörəkdən siqaret kötüyü çıxdı: AQTA hərəkətə keçdi

Fevralın 6-da Sabunçu rayonu, Zabrat qəsəbəsi, Mustafa Məlikov küçəsində yerləşən “Ruzi” marketdən çörək alan Y.Məhəmmədoğlu biabırçı hadisə ilə qarşılaşıb.

 

“Qarabağ çörək zavodu”na məxsus çörəyi kəsəndə qarşılaşdığı mənzərə onu şoka salıb.

Y.Məhəmmədoğlu qeyd edib ki, çörəyin içindən siqaret kötüyü çıxıb.

 

Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, qeyd olunan məsələ qurumun regional bölməsi tərəfindən nəzarətə götürülüb.

 

Agentliyin mütəxəssisləri tərəfindən faktla bağlı müvafiq araşdırmalara başlanılıb.

Araşdırmanın nəticəsi ilə bağlı məlumat veriləcək.

Oxşar xəbərlər

“Mətbuatı hemorragik insult vəziyyətinə gətirən Rəşad Məcid” — Emil Rasimoğlu yazır…

redaktor

«Dövlət» əhəmiyyətli otel?

admin

Tənqid nəticə verməyəndə…

redaktor