19 C
Bakı
08 Oktyabr 2026 05:37
Dünya

Ukrayna Niderlanddan da F-16 aldı

Ukrayna Niderland Krallığından F-16 qırıcıları alıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Rüstəm Umerov deyib.

“Ukrayna səması getdikcə daha çox qorunur. Ukrayna Hərbi Hava Qüvvələri çoxdan gözlənilən F-16-nı alıb”, – o bildirib.

Umerov qeyd edib ki, bu müasir qırıcılar artıq Ukraynadadır və tezliklə döyüş tapşırıqlarını yerinə yetirməyə, müdafiəni gücləndirməyə və Rusiya təcavüzünə effektiv müqavimət göstərmək qabiliyyətinə başlayacaq.

Qeyd edək ki, bundan öncə Ukraynanın Fransadan ilk “Miraj” qırıcılarını alması barədə məlumat yayılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Bu, kəşfiyyat tarixində informasiya almaq üçün ödənilən ən böyük məbləğlərdən idi

admin

“Tanqo üçün iki nəfər lazımdır”: Ukrayna beş atəşkəs formatı hazırlayır

redaktor

Məkkə İttifaqı

redaktor