21 C
Bakı
09 Oktyabr 2026 13:05
CəmiyyətHadisə

Şahnaz Bəylərqızının barəsində həbs qətimkan tədbiri seçildi

Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib

“Toplum TV” işi üzrə saxlanılan Şahnaz Bəylərqızı barəsində həbs qətimkan tədbiri seçilib.

 

Tacxeber.com “Report”a istinadən xəbər verir ki, bu barədə qərar Xətai Rayon Məhkəməsində verilib.

Qərara əsasən, o, 3 ay 15 gün müddətə həbs edilib.

Qeyd edək ki, Şahnaz Bəylərqızı ötən gün saxlanılıb. O, Cinayət Məcəlləsinin qaçmalçılıq maddəsi ilə ittiham olunur.

 

Xatırladaq ki, ötən il Toplum TV” internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.

 

Akif Qurbanov, Ələsgər Məmmədli və daha bir neçə nəfər saxlanılıb.

Onlara qarşı Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi açılıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Hicab qadağası Azərbaycan sekulyarlığına uyğundurmu?

redaktor

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor