19 C
Bakı
08 Oktyabr 2026 04:19
İqtisadiyyat

“İlğım” əmtəə nişanlı saxta “Himalay duzu” satışdan geri çağırılıb

Saxta “Himalay duzu”nun satışı ilə bağlı daxil olan müraciət əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən aparılmış araşdırma zamanı fakt təsdiqini tapıb.

 

Tacxeber.comxəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

 

Belə ki, fiziki şəxs Məmməd Adil oğlu Mənsimovun İrandan idxal etdiyi “Behnam Kar Azar Bilasavar Co” şirkətinin istehsalı olan “Morvarid” əmtəə nişanlı çəhrayı duzun Sabirabad şəhəri, Vidadi küçəsi, 8A ünvanında yerləşən qablaşdırılma müəssisəsində “İlğım” əmtəə nişanı ilə “Himalay duzu” adı altında qablaşdırılaraq satışa çıxarıldığı aşkarlanıb. Həmçinin məhsulun etiketində tərkibinə yodun qatılması ilə bağlı hər hansı məlumatın qeyd edilmədiyi müəyyən olunub.

 

Faktla bağlı fiziki şəxs barəsində inzibati tədbir görülüb, məhsulların satışdan geri çağırılmasına dair qərar qəbul edilib. Ticarət şəbəkələrinin rəhbərlərinə bu məhsulların təchizatçı müəssisəyə geri qaytarılması barədə xəbərdarlıq məktubu ünvanlanıb.

 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

İranda iqtisadi iflas prosesi başlayıb – Neft naziri niyə istefa verib?

redaktor

Pul kütləsi niyə sürətlə artır? Hansı risklər var?

redaktor

ABŞ-dan Rusiyaya gözlənilməz zərbə…

admin