27 C
Bakı
20 Avqust 2026 23:36
Siyasət

Tahir Kərimli: “Mənim Ali Məhkəmənin sədri olduğum dövrdə ölüm cəzası qərarı verilməyib”

“İsa Qəmbərin 2 ay prezident səlahiyyətlərini icra edən zaman öldürülən şəxslərin qərarı mənim Ali Məhkəmədə sədr olduğum dövrlərdəki məhkumlara deyil, AXC  hakimiyyətindən əvvəl çıxarılmış ölüm hökmlərinə aiddir”.

 

Bu sözləri Pravda.az-a açıqlamasında Ali Məhkəmənin 1992-1993-cü illərdə sədri olmuş Tahir Kərimlideyib.

 

“İsa Qəmbər cəmi 2 ay prezident səlahiyyətlərini icra edib. Bu da ölüm hökmünün ləğvinin ilk aylarına düşür. Təbii ki, o vaxt Ali Məhkəmə ölüm hökmü çıxarmamışdı. Ölüm hökmü çıxarılandan sonra dövlət başçısı da buna baxır. Lap əvvəllər SSRİ Ali Sovetinin Rəyasət Heyəti məsələyə baxırdı. Azərbaycan Ali Sovetinin Rəyasət Heyətinin sədri gərək buna razı olaydı. Prezidentlik institutu tətbiq olunandan sonra işə prezidentlər baxırdı. 1992-1993-cü illərdə ölüm hökmü var idi. İsa Qəmbərin 2 ay prezident səlahiyyətlərini icra etdiyi vaxt ərzində 6 nəfərin güllələnmə cəzasına baxılıbsa, bu, əvvəlki ölüm hökmünə aid olub, sonrakı dövrlərə yox”.

 

Qeyd: Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında İsa Qəmbərin 2 ay prezident səlahiyyətlərini icra etdiyi vaxt 6 nəfəri güllələməsi məsələsini gündəmə gətirib. Bu qərarın Tahir Kərimlinin Ali Məhkəmə sədri olduğu illərdə verildiyi iddia edilib.

Tacxeber.com

Oxşar xəbərlər

“Qarabağ hərəkatının məntiqi yoxdur”: Paşinyan Ermənistan hökumətinin yeni proqramını təqdim etdi

redaktor

Azərbaycan CNN-i məhkəməyə verdi: Bakının sərt cavabı

redaktor

İlham Əliyev həqiqətən Putindən qorxur?

redaktor