19 C
Bakı
10 Oktyabr 2026 20:48
Cəmiyyət

Qalmaqallı cərrah yenidən iş başında

İş yoldaşları ilə birlikdə əməliyyat zamanı doğum gününü qeyd etdiyinə görə işinə xitam verilən “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva yeni iş yerində fəaliyyətə başlayıb.

 

Tacxeber.com xəbər verir ki, Oxu.az-ın əldə etdiyi məlumata görə, o, Bakıda fəaliyyət göstərən özəl xəstəxanaların birində çalışır.

 

Bir müddət ölkə gündəmindən düşməyən cərrah mama-ginekoloq artıq bir neçə doğuş prosesini də həyata keçirib.

 

Qeyd edək ki, yanvarın 8-də mama-ginekoloq Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən “sürpriz”lə qarşılaşıb. O, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb. Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar və Ləman Əliyeva işdən azad edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyə siqaretləri yalnız pasportla satmaq istəyir

redaktor

Pensiya kapitalın 5 faizi də belə gedir…

redaktor

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin