14 C
Bakı
28 Aprel 2026 11:19
Cəmiyyət

Nizaməddin Şəmsizadə komaya düşdü

Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə xəstəxanaya yerləşdirilib. O, hazırda komadadır və süni tənəffüs aparatına qoşulub.

Tacxeber.com xəbər verir ki, məlumatı professorun qızı Ayfər Feyziyeva publika.az-a təsdiqləyib.

 

O bildirib ki, yanvarın 16-da Nizaməddin Şəmsizadənin səhhəti qəfil pisləşib:

 

“Hazırda atam “Baku Medical Plaza”nın reanimasiya şöbəsindədir. Süni tənəffüs aparatına qoşulub, vəziyyəti ağırdır. Həkimlər ona Sepsis diaqnozu qoyublar. Atam həmçinin dializ və şəkər xəstəsidir. Bu da onun vəziyyətini daha da ağırlaşdırıb. Həkimlər əlindən gələni edirlər”.

Tacxeber.com

Oxşar xəbərlər

“Mənə tapşırıb ki, heç kimə müsahibə vermə” – Əsirlikdən qayıdan Hüseynin anası

admin

Həqiqətənmi, Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddur?

admin

Sabiq baş nazirin inəklərlə selfi istəyi: isti qarşılamadılar… – FOTO

redaktor