22.2 C
Bakı
10 İyun 2026 03:32
Dünya

Tükürpərdici hadisə: İki azyaşlı uşaq ulu babalarının külünü yeyib

ABŞ-nin Kolorado ştatında qəribə və əslində tükürpərdici hadisə baş verib.

 

Uşaqlarını təkbaşına böyüdən Monika Lonq adlı qadın təsadüfən kiçik övladlarının ulu babalarının külünü yediyini aşkar edib.

 

Tacxeber.com xəbər verir ki, bu barədə “People” nəşrinin dərc etdiyi yazıda bəhs edilib.

 

Məlumata görə, Monika Lonq 14, 3 və 2 yaşlarında olan üç oğlunu tək böyüdür. O etiraf edib ki, uşaqların hamısını diqqətdə saxlamaq və eyni zamanda evdə səliqə yaratmaq demək olar ki, mümkün deyil.

 

Bir dəfə qonaqların gəlməsini gözləyən Lonq evdə təmizlik işləri aparırmış. Bir məqamda kiçik uşaqları tək qoyaraq vanna otağına girib. Qadının dediyinə görə, o, vanna otağında cəmi dörd dəqiqə qalıb, lakin bu müddət ərzində uşaqlar qarışıqlıq yarada biliblər.

 

Monika Lonq oradan çıxanda uşaqların ətrafında çoxlu toz görüb, hətta onların dodaqları da toz içində olub. Qadın bildirib ki, oğullarının dəqiq nəyi dağıdıb səpələdiyini müəyyən etməyə vaxtı olmayıb. O, sadəcə otağı tozsoranla təmizləyib, uşaqları çimizdirib və bu hadisəni unudub.

 

Yalnız bir neçə gündən sonra Lonq nə baş verdiyini anlayıb. O, babasının külünün saxlandığı qabı tapıb və qabın içi boş olub. Məlum olub ki, qadının oğulları babalarının külünü qismən yeyiblər, onların dodaqlarındakı toz isə məhz kişinin külü olub.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Venesuelanın gələcəyinin həllində iştirak edəcək – “Biz Venesuelaya qarşı ikinci dalğa zərbələrə hazır idik”

redaktor

Qüdsdə dava: İsrail polisi erməni radikalları həbs edib – VİDEO

redaktor

Yalandır, Rusiya bizə heç bir sığorta ödənişi etməyib –Hökumənin atası

redaktor