Dünya

Şəhəri buna görə yandırdılar – Mel Gibsondan sensasiya

“Yeni düzən naminə bütün şəhər məhv edildi. Hollivud isə çoxdan nüfuzunu itirmiş bir sektor idi”.

 

Tacxeber.com xəbər verir ki, bunu Los-Ancelesdəki yanğınlarda zərər görən məşhur Hollivud aktyoru Mel Gibson “Fox TV” kanalında çıxışı zamanı deyib.

 

“Bu, mənə köhnə dövrlərdə insanları torpaqdan qovmaq üçün bu üsuldan istifadə edən varlı mal-qara sahiblərini xatırlatdı. Bilmirəm… Sadəcə olaraq, yanğınsöndürənlərin sularının olmaması mənə bir az qəribə göründü”.

 

Ulduz aktyor kino sənayesində etik prinsiplərin ciddi şəkildə pozulduğunu, təhlükəsizlik və etibardan artıq məhrum olduğunu bildirib. O, Kaliforniya hakimiyyətini Los-Ancelesin su ehtiyatlarını məqsədli şəkildə israf etməkdə günahlandırıb.

 

Mel Gibsonun özünə və yaxınlarına zərər dəyməyib. Yanğın zamanı Texas ştatında olub, lakin onun oğlu Milo, könüllü yanğınsöndürmə briqadasının üzvü, fəlakət yerində olub və zəruri əşyaları götürməyi bacarıb.

 

“Oğlum pasportları və bir neçə vacib sənədi götürüb aparmağı bacardı… Bu, faciədir, çox üzücüdür. Amma mən qonşularıma baxıram və özümdən çox onlar üçün narahatam”, – deyə Gibson söyləyib.

Tacxeber.com

Oxşar xəbərlər

Tramp əl-Şaranı belə xarakterizə etdi: Gənc, cazibədar və sərt adam

redaktor

İrəvanda video çəkib Azərbaycan xalqını təbrik edən bloger təhdid olunur

redaktor

ABŞ 2018-ci ildən bəri İrana qarşı ən güclü sanksiya zərbəsini endirib

redaktor