21 C
Bakı
09 Oktyabr 2026 13:34
Dünya

Rusiyalı jurnalistlər vuruldu – Həlak olan və yaralananlar var

Rusiya-Ukrayna müharibəsində daha bir jurnalist ölümü qeydə alınıb.

 

Tacxeber.com Rusiya mediasına istinadən bildirir ki, Ukrayna pilotsuz təyyarəsi Donetsk-Qorlovka magistralında rusiyalı jurnalistlərin olduğu avtomobilə hücum edib.

 

Nəticədə “İzvestiya”nın ştatdankənar müxbiri Aleksandr Martemyanov həlak olub. RİA Novosti müxbiri və daha dörd media əməkdaşı isə yaralanıb.

 

İddia olunur ki, Ukrayna qoşunları təmas xəttindən uzaqda yerləşən mülki avtomobilə qəsdən hücum edib. “Qorlovkada atışmanın nəticələrini lentə alandan sonra biz Donetskə qayıdırdıq, şossedə avtomobilimizi kamikadze pilotsuz uçan aparat vurdu”, – RİA Novosti-nin müxbiri Maksim Romanenko bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor