İdman

Məşhur insayderdən Juninyonun “Sevilya”ya mümkün transferi ilə bağlı – Paylaşım

Məşhur insayder Fabrizio Romano “Qarabağ”ın hücumçusu Juninyonun “Sevilya”ya mümkün transferini şərh edib.

 

Tacxeber.com xəbər verir ki, italyan jurnalist “X” hesabında paylaşım edərək futbolçunun gələcək karyerası ilə bağlı bu sözləri yazıb:

 

“Sevilya” və “Qarabağ” braziliyalı hücumçu Juninyonun transferi ilə bağlı şifahi razılıq əldə etməyin astanasındadır. Transferə 4 milyon avro + 1 milyon avro bonus daxildir”.

 

Romano bildirib ki, “Sevilya”nın gələcəkdə bu futbolçunu satacağı məbləğdən “Qarabağ” 20% gəlir əldə edəcək.

 

“Müqavilənin detalları dəqiqləşəndən sonra tərəflər arasında razılıq əldə ediləcək”, – insayder qeyd edib.(Qafqazinfo)

Oxşar xəbərlər

DÇ-2026-da günün oyunları – Meksika 1/8 finalda

admin

Messi ardıcıl yeddinci oyunda qol vuraraq Dünya Kuboku rekordunu qırdı

redaktor

10 günə yığılan komanda Avropanı fəth etdi

redaktor