20 C
Bakı
20 Oktyabr 2026 07:42
Hadisə

İtaliya sahilində qanunsuz miqrantların qayığı batıb, 20-dən çox insan itkin düşüb

İtaliyanın sahilində qanunsuz miqrantları daşıyan qayıq batıb, 20-dən çox insan itkin düşüb.

 

Qayıq Lampedusa adası sahilində batıb.

 

Yeddi nəfəri xilas etmək mümkün olub, onların arasında Almaniyada yaşayan atası ilə birləşməyi ümid edən 8 yaşlı suriyalı oğlan da var. Onun anası da gəmidə olub, lakin taleyi bəlli deyil.

 

Sağ qalanlar itkin düşənlər arasında beş qadın və üç uşağın olduğunu açıqlayıblar.

 

Qayıq bazar ertəsi gecə Liviyanın Zuvara şəhərindən yola düşüb. Həlak olanların cəsədləri hələ tapılmayıb.(Report)

Tacxeber.com

Oxşar xəbərlər

Qara dənizdə iki gəmiyə dron hücumu nəticəsində səkkiz Azərbaycan vətəndaşı yaralanıb

redaktor

“28 May” yaxınlığında insident: yüzlərlə saxlanılan olduğu bildirilir

redaktor

Ağ Evdə “süni intellekt” zirvəsi və… tarixi səhv!

admin