Siyasət

ABŞ təyyarə qəzasına necə reaksiya verəcək? – Pol Qobldan ÖZƏL AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dekabrın 25-də Azərbaycan Hava Yollarına məxsus J2-8243 reysi ilə uçan “Embraer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

 

Məsələ ilə bağlı ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı, politoloq Pol Qobl Bizim.Media-ya açıqlamasında qeyd edib ki, Amerika rəsmiləri təhqiqatın tamamlanmasını gözləyəcəklərini deyərək yavaş reaksiya verəcəklər.

 

“ABŞ-da çoxları bunu Rusiyanın mülki insanların həyatı bahasına olsa belə, beynəlxalq hüququ pozmağa getdikcə daha çox hazır olduğunun göstəricisi kimi qiymətləndirəcək. Eyni zamanda, ABŞ-da çoxları bu durumu Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi və Ukraynaya dəstək çağırışı üçün göstərici hesab edəcəklər”.

 

Xatırladaq ki, dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçan “Embraer 190” sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

 

Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

 

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, AZAL-ın təyyarəsi Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

Tacxeber.com

Oxşar xəbərlər

İran Trumpla oynayır…..

redaktor

Rusiya ilə Ukrayna müharibənin başlanmasının əsas səbəblərindən biri koronavirus olub.

admin

ABŞ Kiyevə bəzi silah tədarükünü dayandırıb. Niyə?

admin