25 C
Bakı
02 Sentyabr 2026 11:52
Dünya

Rusiyada güclü partlayış: ölü və yaralılar var – VİDEO

 

Vladiqafqazın Moskovskoye şossesində yerləşən “Alania Mall” ticarət mərkəzində partlayış və yanğın baş verib.

 

Tacxeber.com Publika.az-a istinadənxəbər verir ki, bu barədə “TASS” məlumat yayıb.

 

İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, 9 nəfər yaralanıb. Ölən şəxs partlayış zamanı içəridə olan qadın olub. Xəsarət alanlar isə ticarət mərkəzinin əməkdaşları və hadisə zamanı oradan keçənlər olub.

 

Mənbələrin məlumatına görə, partlayışdan sonra yanğının sahəsi 800 kvadratmetrdir, üçüncü mərtəbə və dam örtüyü yanır. Yanğına üçüncü mürəkkəblik səviyyəsi təyin edilib. Məlumatı Rusiya Fövqəladə Hallar Nazirliyi təsdiqləyib.

 

Hadisə yerinə operativ qərargah yerləşdirilib. Orada hüquq-mühafizə orqanları və xilasedicilər işləyir.

Tacxeber.com

Oxşar xəbərlər

Hindistanla münasibətlər strateji tərəfdaşlığa çevrilməlidir

redaktor

Almaniya dron hücumuna cavab olaraq Rusiya Evini bağlayır

admin

Zelenski aviaşirkətlərə xəbərdarlıq etdi: Rusiya səmasında təhlükəsiz zonalar yoxdur

redaktor