Cəmiyyət

Cəzaçəkmə müəssisələrində ali təhsil verilməsi PLANLAŞDIRILIR – FOTO

“4 saylı cəzaçəkmə müəssəsində cəza çəkən qadınların yalnız 2 faizinin ali təhsili var. Məhkumların 98 faizi təhsil almayan xanımlardır”.

 

Tacxeber.com xəbər verir ki, bunu “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyinin sədri, jurnalist Firuzə Cəlilova “V Kitabqurdu məhkum qadınların oxu marafonu” adlı layihə ilə bağlı mətbuat konfransında deyib.

 

Ədliyyə Nazirliyi Penitensiar Xidmət, və Azərbaycan Nəşriyyatlar Asosassiyası (ANAİB) İctimai Birliyi ilə birgə keçirilən marafon haqda danışan F. Cəlilova deyib ki, “V Kitabqurdu məhkum qadınların oxu marafonu” layihəsi çərçivəsində məhkum qadınların kitablarla təmin edilməsini Azərbaycan Nəşriyyatlar Asosassiyası öz üzərinə götürüb.

 

F.Cəlilova qeyd edib ki, yaxın zamanlarda cəzaçəkmə müəssisələrində ali təhsil verilməsi planlaşdırılır:

 

“Hazırda cəzaçəkmə müəssisələrində ali təhsil verilməsi məsələsi barədə danışıqlar gedir. Bu barədə Ədliyyə Nazirliyi ilə danışıqlar aparılır. Türkiyədə artıq bu təcrübə tətbiq olunub. Bizim də təhsil haqqında qanunumuzda distant təhsil anlayışı var. COVİD-19 dövründə bu təcrübəni tətbiq etdik. İndi də cəzaçəkmə müəssisələrində sınamağı istəyirik”.

 

F.Cəlilova bildirib ki, gələn ildən etibarən təkcə qadınlarla deyil, kişilər və yeniyetmələr ilə də bu oxu marafonu tətbiq olunacaq.


Tacxeber.com

Oxşar xəbərlər

76 min manatı dələduzluqla ələ keçirən şəxs saxlanıldı

admin

İsrailin raketləri İranda zəlzələ yarada bilərmi? – Açıqlama

redaktor

Divarlar arasında nəfəs alan qadın

redaktor