21 C
Bakı
19 Oktyabr 2026 10:41
CəmiyyətGündəm

Dubay şokoladından sonra indi də Dubay suyu, özü də od qiymətinə… – FOTO

Son aylarda bütün dünyada adını Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhəri olan Dubayın adını daşıyan şokolad trendə çevrilib.

 

Tacxeber.com xəbər verir ki, qiyməti digər şokoladlardan baha olan bu məhsul ölkəmizdə 25-40 manat aralığında satılır.

 

İndi isə yeni “Dubay suyu” trendi yaranmağa başlayıb.

 

Məlumata görə, içərisində 24 əyar qızıl olan suyun bir şüşəsi 110-145 manat aralığında satılır.

 

Qiyməti ilə gündəmdə olan suyun yaşlanma əleyhinə olduğu və stressin qarşısını aldığı iddia edilir. Bədənin həzm etdiyi qızıl hissəciklərinin qanla qarışaraq qocalmanı gecikdirdiyi bildirilir.

 

Sözügedən məhsul Dubaydakı lüks restoranlarda müştərilərə təklif olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Milyarder olmaq başqa, insan qalmaq başqa

redaktor

Tarixi qardaşlığımıza sahib çıxmalıyıq

redaktor

Cəhalətin üzü və astarı: İranla Türkiyənin fərqi

redaktor