22.6 C
Bakı
29 İyun 2026 08:21
CəmiyyətGündəmHadisəİdman

Futbolumuzda biabırçı olay – Oyuna hakim təyin etmək yaddan çıxdı

Azərbaycan futbolunda biabırçı hal yaşanıb.

 

Tacxeber.com xəbər verir ki, AFFA-nın müvafiq komitəsi U-15 liqasında keçirilməli olan “EFA” – “Qəbələ” oyununa hakim təyin etməyi unudub.

 

Bu haqda əvvəlcə “Qəbələ” Futbol Akademiyasının keçmiş əməkdaşı Namiq Hacızadə sosial şəbəkə hesabında məlumat yayıb.

 

O yazıb: “Deyirik ki, futbolumuz niyə bu gündədir. U-15 Liqasında keçirilməli olan EFA – “Qəbələ” oyunu baş tutmayıb. Səbəb isə həm gülməli, həm ağlamalıdır. Uşaq futbolun nəzarət edən hörmətli şəxslər oyuna hakim təyin etməyi unudub. Qəbələdən Bakıya gedən komandamız 16:30-a kimi gözləyib, sonra geri qayıdıb. Bu, hələ U-15 Liqasıdır. İnanın, daha aşağı liqalarda olan biabırçılıqlar lap dəhşətdir”.

 

Məsələ ilə bağlı AFFA da açıqlama verərək məlumatı təsdiqləyib. Qurumun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli QOL.az-ın müxbiri ilə söhbətində baş verənlərlə bağlı ölçü götürüləcəyini bildirib: “Bəli, sözügedən oyun texniki problemlər səbəbindən vaxtında keçirilməyib. Bununla bağlı, müvafiq ölçü götürüləcək və gələcəkdə bu kimi halların baş verməməsi üçün lazımi addımlar atılacaq”. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

İranda daha bir general öldürüldü

redaktor

Bu ölkədə siyasəti idarə etmək mümkündür, iqtisadiyyatı isə yox.

redaktor

Şəhid abidəsinə qarşı tərbiyəsizlik – Saxlanılan var

redaktor