12 C
Bakı
28 Mart 2026 04:01
İqtisadiyyat

Lotoreya təşkilatçılarından VÖEN tələb olunacaq

Lotoreyanın qeydiyyata alınması üçün lotoreya təşkilatçılarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) tələb olunacaq.

 

Tacxeber.com Report-a istinadən xəbər verir ki, bununla bağlı “Lotereyalar haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb.

 

Sənəddə qeyd edilib ki, lotereyanın (stimullaşdırıcı lotereya istisna olmaqla) qeydiyyata alınması üçün lotereya təşkilatçısı lotereyanın ilk oyununun keçirilməsinə azı 10 (on) iş günü qalmış səlahiyyətli orqana aşağıdakı sənədləri kağız daşıyıcıda və ya elektron formada təqdim etməlidir.

 

Dəyişikliyə əsasən, lotereyanın qeydiyyata alınması üçün ərizədə lotereya təşkilatçısının adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, olduğu yer, lotereyanın adı və forması göstərilməlidir.

Tacxeber.com

Oxşar xəbərlər

“Amazon” “OpenAI”a 10 milyardlıq investisiya planlaşdırır

admin

Azərbaycanda bir sıra kommunal xidmətlərin qiymətləri müəyyənləşdirilib

redaktor

İşçi axtarılır – Maaş 1000-1200

admin