19 C
Bakı
08 Oktyabr 2026 06:23
Siyasət

“Bizim Azərbaycana hücum etmək üçün heç bir əsasımız yoxdur…”- Paşinyan

“Çünki biz siyasi müstəvidə daha bir hüquqi addım atmışıq və bir-birimizin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımışıq. Hətta milli assambleyamız delimitasiya komissiyalarının birgə fəaliyyətinin nizamnaməsini ratifikasiya edib…”

 

“Regionda sabitliyi pozmaqda maraqlı olan qüvvələr var. Cavabımız belə olmalıdır. Əvvəlcə təxribatlara boyun əyməməli, ondan sonra mütəmadi olaraq mövqeyimizi aydınlaşdırmalıyıq. Əvvəla, bizim Azərbaycana hücum etmək üçün heç bir əsasımız yoxdur, çünki biz siyasi müstəvidə daha bir hüquqi addım atmışıq və bir-birimizin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanımışıq. Hətta milli assambleyamız delimitasiya komissiyalarının birgə fəaliyyətinin nizamnaməsini ratifikasiya edib və biz tezliklə növbəti sektorda delimitasiya prosesinə başlamalıyıq”.

 

Tacxeber.com xəbər verir ki, “Armtimes” nəşrinin məlumatına görə, bunu Ermənistan baş naziri Nikol Paşinyan bu gün, dekabrın 4-də hökumətin parlamentdəki sual-cavab iclasında söyləyib.

 

“Mən Ermənistanın regionda sabitliyi pozmağa yönəlmiş istənilən hərəkətini istisna edirəm. Ölkəmizin 200 kvadrat kilometrdən çox ərazisi işğal olunub, lakin biz bəyan edirik ki, həmin ərazilərin məsələsinin hərbi yolla həlli bizim gündəmimizdə deyil və olmayacaq”, – Paşinyan əlavə edib.

 

Nikol Paşinyan ümid etdiyini bildirib ki, onlar “Sülh sazişi” layihəsi üzrə işləri aktivləşdirəcəklər, çünki işlərin 90 faizi artıq görülüb və hələ ki, müqavilənin imzalanması qalır.

Tacxeber.com

Oxşar xəbərlər

Məkkə İttifaqı

redaktor

Britaniya və Fransanın “nüvə çətiri”

redaktor

Zelenski Hindistanı Ukraynanın təhlükəsizlik zəmanətçiləri sırasında görmək istəyir

redaktor