Siyasət

Qarabağa bir erməni qayıtsa… – Millət vəkili

Qarabağa bir erməni qayıdarsa, Qərbi Azərbaycana da bir azərbaycanlı qayıtmalıdır.

 

Tacxeber.com xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə keçirilən “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda dinləmədə deyib.

 

“Bir məqama diqqət etməliyik ki, ermənilərin Azərbaycana hansısa formada qayıdışının alternativi olaraq azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tezisini aktual şəkildə bütün beynəlxalq platformalarda gündəmdə saxlamalıyıq. Biz elə etməliyik ki, Qarabağa bir erməni qayıdarsa, Qərbi Azərbaycana da bir azərbaycanlı qayıtsın. Əgər min erməni azad olunmuş ərazilərə qayıdacaqsa, min azərbaycanlı da Qərbi Azərbaycana qayıtmalıdır”, – deputat vurğulayıb.//Report

Tacxeber.com

Oxşar xəbərlər

Mahmud Abbasın Cənubi Kiprə səfəri xəyanət deyil, çıxış yolu axtarışıdır

redaktor

AKP-nin əsas hədəfi və Türkiyənin 82-ci vilayət hərisliyi

redaktor

“Spiker parlamentdə məgər adam sındırmaqla məşğuldur?” – Fazil Mustafa

redaktor