CəmiyyətSiyasət

“Spiker parlamentdə məgər adam sındırmaqla məşğuldur?” – Fazil Mustafa

“Ümumiyyətlə, bu cür lotuluğun, tərbiyəsizliyin adı nədir?”

Jurnalistikamızın gününə, səviyyəsinə bax. Dilimizin elementar ədəb qaydalarını öyrənmədən yazı yazmağa çalışırlar. Adam bir deputata xitabən öncə yazır ki, “Yeganə adamsan ki, spiker səni parlamentdə sındıra bilmədi”. Ümumiyyətlə, bu cür lotuluğun, tərbiyəsizliyin adı nədir? Spiker parlamentdə məgər adam sındırmaqla məşğuldur? Ziyalı, alim və yüksək mədəniyyətli bir xanım spiker haqqında bu sözləri hansı cəsarətlə yaza bilirsən? Bircə dəfə də olsun xanım spikerin deputatlara müraciətdə “siz”, “müəllim” ifadələrini unutduğunu duydunmu? İstər deputata, istər aparat işçilərinin hansısa birinə qarşı nəzakət qaydalarını bircə dəfə də olsun pozduğunu duydunmu? Parlament polemikasında fikirlər tərs düşə bilər, sərt üslub eşidilə bilər, ancaq kimsənin şəxsiyyətinə qarşı hörmətsiz davranış haçansa baş verməmişsə, hansı sındırmadan bəhs edirsən? Ümumiyyətlə, hansı məqamda müşahidə etmisən ki, mənim şəxsiyyətimə kimsə toz qondura bilsin? Yalnız parlamentdə deyil, tələbəçilikdə də, həbsxanasında da, əsgərliyində də, siyasət həyatında da arxamızca yağdırılan böhtanlar, yalanları, dedi-qoduları bir tərəfə qoy, eşitmisənmi, duymusanmı kiminsə şəxsimə üzbəüz təmasda hörmətsizlik etdiyini? Eləcə də başqa onlarla millət vəkilinin şəxsiyyətinə kim hörmətsizlik edə bilər?
Hə, indi gəlirəm əsas mətləbə. Yüz dəfələrlə sosial şəbəkədə ağıllısı, dəlisi, qaragürühu, ağgüruhu ilə sərt müzakirələrim, mübahisələrim olub, kiminsə qarşısından qaçdığımı görmüsənmi?
Sındırmaq nə olduğunu indi anladacağam. İki saat öncə yazırsan ki, “Yeganə adamsan ki, spiker səni parlamentdə sındıra bilmədi”. Üzərindən 20 dəqiqə keçməmiş “Yeganə adamsan ki…” sözlərindən başqa həmin sətirdə digər sözlər qalmır.
Sındırılma belə olur. Üç nöqtə formasında…
Anadolu türklərinin deyimidir: “Böyük loxma yeyin, ancaq böyük konuşmayın!

 

Fazil Mustafa
Millət vəkili

Tacxeber.com

Oxşar xəbərlər

“Aqil Abbas Ağdam alınana qədər həmişə Ağdamın Bakıdakı səfiri olub.”

redaktor

Siyasi külək dəyişəndə orduda kim yüksəlir?

redaktor

“Turanlılarız…” — Sabirin bir əsr əvvəl etdiyi xəbərdarlıq

redaktor